Bizim üçün Türkiyədən asılı olan Ermənistan  daha sərfəlidir - politoloq

10:58 15.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu şəxsi tvitter hesabında Ermənistan məsələsi ilə məşğul olacaq xüsusi nümayəndə təyin edəcəyini bildirib. Və “Ermənistan son yaşananlardan dərs alıb sülhü, sabitliyi seçərsə, sərhədlər də açıla bilər”-deyib.

Türkiyə-Ermənistan arasında yenidən vüsət alan bu proseslər necə inkişaf edə bilər?

Bu barədə vəziyyəti hafta.az-a şərh edən  politoloq Yeganə Hacıyeva bildirib ki, Türkiyənin xarici işlər naziri Çavuşoğlu Ermənistanla sərhədlərin açılması ilə bağlı bir sıra mesajlar səsləndirməklə yanaşı, hələlik iki ölkə arası uçuşların bərpasının nəzərdə tutulduğunu, həmçinin, sərhədlərin açılması ilə məşğul olacaq nümayəndələrin müəyyənləşəcəyi fikirlərini səsləndirib. 

Politoloq qeyd edib ki, Türkiyə- Ermənistan sərhəddi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbi ilə bağlanıb.  Bu, Ermənistanın iqtisadi inkişafının qarşısını almaqa yanaşı, prosesin Azərbaycanın xeyrinə işləməsinə təkan verdi.  Bu həm də Türkiyənin Azərbaycanla qardaşlığının nümayişi idi.

Onun sözlərinə görə, artıq Ermənistan- Türkiyə sərhədlərini bağlı saxlamağa əsaslandıran səbəblər aradan qalxıb.

“Lakin Türkiyə bu mövzu ilə bağlı uzun illər təzyiqlərlə  üzləşib. Uzun zaman bir sıra ölkələr, beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktorunu səsləndirmədən  Türkiyənin Ermənistan sərhəddini bağlamasına görə qınayıb, bunu bu ölkəyə qarşı iqtisadi təcavüz kimi qiymətləndirib.  44 günlük müharibənin bitməsi ilə məqamlar dəyişib. Biz  torpaqlarımızı işğaldan azad etmişik və hazırda üçtərəfli razılaşmanın bəndləri yerinə yetirilir”.

Poitoloq hesab edir ki, əgər indiki şəraitdə Azərbaycanla Ermənistan sərhəddi Gorus-Qafan istiqamətində açıqdırsa, eyni açılımın Türkiyə -Ermənistan sərhədlərində olmasına normal yanaşılmalıdır.

Onun fikrincə, Türkiyənin Ermənistanla sərhədlərinin açılmasını məyusluqla qarşılayan müəyyən kəsim var ki, bu istiqamətdə mümkün olan digər maraqlı məqamlara diqqət yetirməlidir.

“Sərhədlərin açılması Ermənistanı Türkiyədən asılı vəziyyətə düşürəcək. Türkiyənin geniş və ucuz bazarı Ermənistanı ələ alacaq. Bizim üçün Türkiyədən asılı olan Ermənistan, Rusiyadan asılı olan Ermənistandan daha sərfəlidir”.

Politoloq qeyd edib ki, sərhədlərin açılması ilə bağlı ortaya atılan 2008-ci il nümunəsi məhz ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton və Avropanın 5 ölkəsinin  patronajlığı altında gedən proseslər idi. İndi nə Türkiyə 2008-ci ildəki Türkiyədir ki, belə bir patronajlığı qəbul etsin, nə də ABŞ-la Türkiyənin münasibətləri o səviyyədə deyil ki, Türkiyə müttəfiqlik namimə özünün olmayan təşəbbüslərə razııaşmış olsun”.

Siyasət rubrikasından digər xəbərlər